Turkiyede magistr tehsili almaq 2021

Turkiyede magistr tehsili almaq 2021

Turkiyede magistr tehsili almaq üçün seçimlər müxtəlifdir. Siz Turkiyede magistr tehsili almaq üçün imtahan belə verməyə bilərsiniz. Bunun üçün sizə sadəcə 75+ ortalama və bakalavr diplomu lazımıdır.

Dövlət Universitetlərində magistr təhsili

Türkiyede demək olar ki, bütün bölgələrində dövlət universitetləri var. Bunun ən çoxu İstanbul, Ankara və İzmir şəhərlərinin payına düşür. Təhsil haqqı az olduğu və keyfiyyətli təhsil olduğu üçün dünyanın bir çox ölkəsindən burda oxumaq üçün müraciət edən tələbələr var. Bu da onu göstərir ki, qəbul üçün rəqabət güclü olur. Magistr təhsili tezli və tezsiz olaraq iki yerə ayrılır. Tezli proqram oxuyanlar sonrada doktorantura təhsili ala bilər, tezsiz proqram oxuyanlar doktoranturaya müraciət edə bilməz. Başqa heç bir fərqi yoxdur tezli ilə tezsiz proqramın.

Türkiyədə dövlət universitetlərində oxumaq üçün başlıca şərt təhsil almaq istədiyiniz ixtisas bakalavr pilləsində oxuduğunuz ixtisas ilə eyni olmalı və ya yaxın sahə olmalıdır. Növbəti şərt bakalavr pilləsində oxuduğunuz müddətdə GPA (ortalama bal) yaxşı olmalııdır. Ən az 80-dən aşağı olmasa qəbul şanısınız yüksək olar. Tezli proqramda oxumaq üçün hər bir universitetin fərqli şərtləri vardır. Bəzi universitetlər tək ortalama bal ilə qəbul edir, bəziləri ortalama ilə bərabər ingilis dili imtahanı olan TOEFL və ya YDS də istəyirlər. Bəziləri də ingilis dili imtahanı ilə bərabər ALES tələbi də var. ALES tələbi olan universitetlər azdır, təxminən 7-8 universitet. ALES tələbi olan universitetlərdə mütlət TOEFL və ya YDS imtahan nəticəniz də olmalıdır. Tək ALES imtahandan nəticənizin olması yetərli deyil. Hazırlıqlara başlayanda mütləq bunu nəzərə alın.

Turkiyede magistr tehsilinin, Dövlət universitetlərində təhsil haqqısı

Dövlət universitetlərində təhsil haqqı təxminən 500-2000 manat arasındadır.

Özəl universitetlərdə magistr təhsili

Türkiyənin özəl universitetlərində təhsil haqqı yüksək olsa da,daha yaxşı təhsil sistemi mövcuddur. Özəl universitetlərə qəbul üçün ortalama balınız və TOEFL ,TÖMƏR (Türk dili proqramlar üçün) imtahanları tələb olunacaq. Əlavə olaraq bəzi universitetlərdə nəticələri yaxşı olan tələbələrə təqaüd verilir. Təhsil haqqı 2000 dollardan başlayır.

Türkiyede magistr tehsili almaq istəyirsinizsə,ətraflı məlumat üçün mərkəzimizə yaxılaşa bilərsiniz.

Ünvan: Af Mall biznes mərkəzi

Bizi sosail şəbəkələr izləyə bilərsiniz!

Turkiyede magistr tehsili

2 Yorum

İlahə Yayın tarihi06:56 - 21.09.2021

Salam.Mən ilk olaraq Bakı Sənaye-Pedaqoji Kollecinin ingilis dili ixtisasını,2020-ci ildə isə Azərbaycan Dillər Universitetinin italyan dili tərcümə ixtisasını bitirmişəm.Türkiyədə hansı dövlət universitetlərində hansı ixtisaslar üzrə magistr təhsili ala bilərəm?Əsasən ,İstanbulda olan dövlət universitetləri haqqında maraqlanıram.Minimum nə qədər təhsil haqqı ilə magistr oxuya bilərəm?Ailəliyəm.iki övladıma gedib orda qalmağı nəzərdə tutsam bu müddətdə nə qədər kirayə haqqı ödəyə bilərəm minimum olaraq buna uyğun bir evdə?Bu müddətdə övladlarım da orada məktəbə gedə bilərlərmi?Magistr oxuduğum müddətdə işləmək də mümkündürmü xarici tələbələr üçün?Hələ ki bu suallar mənə çox maraqlıdır.Əvvəlcədən təşəkkürlər.

    admin Yayın tarihi14:36 - 28.09.2021

    Salam zəhmət olma +994 50 446 40 30 nömrəsi ilə əlaqə saxlayın,sizə ətraflı məlumat veriləcək.

Bir Cevap Yazın

Call Now ButtonƏtraflı məlumat üçün zəng edin