MYOS nedir? Türkiyənin Ali Təhsil Şurası, yəni Yüksek Öğretim Kurumu tərəfindən 23.06-2021-ci il tarixli iclasında qəbul edilən qərarlara uyğun olaraq, universitetlər tərəfindən hər il keçirilən Yabancı Öğrenci Sınavı-nın (YÖS) 2022-ci ildən etibarən ÖSYM nəzdində mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə dair qərar verildiyi barədə məlumat var. Yəni, artıq universitetlər öz YÖS imtahanını təşkil etməyəcəklər. Qəbul edilmiş yeni qərara əsasən, YÖS imtahanını mərkəzləşdirilmiş şəkildə ÖSYM təşkil edəcək və həmin imtahan artıq Merkezi Yabancı Öğrenci Sınavı (MYÖS) adlandırılacaq. 2022-2023-cü tədris ilindən etibarən ÖSYM tərəfindən təşkil olunan MYÖS imtahanının bir çox ölkələrdə tətbiq olunması planlaşdırılır.
MYÖS-ə Kimlər Müraciət Edə Biləcək?
Tam orta məktəb (orta təhsil) təhsilini rəsmi qaydada başa vurmuş və ya məzun olacaq namizədlər Merkezi Öğrenci Kabul Sınavı-na müraciət edə bilərlər. Ancaq sistem yeni olduğuna baxmayaraq, bu il xarici tələbələr, TR və KKTC vətəndaşları və Türkiyədə Mavi Kart sahibləri də MYÖS imtahanında heç bir çətinlik çəkmədən iştirak edə biləcəklər. 2022-2023-cü tədris ilindən əvvəl, Türkiyədəki liseylərə müraciət etmiş əcnəbi tələbələr 2026-cı ilə qədər (2025-ci ildə keçiriləcək MYÖS də daxil olmaqla) universitet səviyyəsinə yüksəlmə imtahanı olaraq ya MYÖS, ya da YKS imtahanında iştirak edə biləcəklər.Lakin, 2022-2023-cü illərdən etibarən Türkiyədə orta təhsil (lisey) müəssisələrinə qeydiyyatdan keçmiş tələbələr yalnız YKS imtahanlarında iştirak edə biləcəklər və onların universitetə yerləşdirilməsi YKS nəticələrinə əsasən aparılacaqdır. Ancaq bu, gələn il qeydiyyatdan keçəcək namizədlərə də təsir edəcək bir vəziyyətdir. Lakin burada nəzərinizə çatdırmaq istəyirik ki, hələ də YÖK-ün səhifəsində bu barədə rəsmi olaraq elan açıqlanmayıb. Ediləcək dəyişiklərlə bağlı yazılı mətbuat şərhi gözlənilir.
MYÖS Sistemi ilə İmtahan Çətinləşəcəkmi?
Yeni YÖS sistemi açıqlananda Türkiyə universitetlərində təhsil almaq istəyən YÖS namizədlərin ağlına gələn ilk sual imtahanın hansı formatda olacağı və çətinləşib-çətinləşməyəcəyi oldu. Məlum olduğu kimi, YÖS müəyyən standartlara bağlanmadan universitetlər tərəfindən həyata keçilirdi. Məhz buna görə də, imtahan prosesini izləmək çox çətin idi. Lakin, MYÖS imtahanı ilə universitetlər arasında fərqlərin artıq qarşısını almaq mümkün ola bilər. Bu baxımdan, imtahanın çətinləşəcəyini söyləmək düzgün olmaz. Merkezi Yabancı Öğrenci Sınavı (MYÖS) kimi bir imtahan tətbiq olunacağı zaman deyə bilərik ki, universitetlər arası bərabərsizliklər, ədalətsizliklər və imtahan müraciət prosesindəki çətinliklər aradan qalxacaqdır. Bundan əlavə isə, müntəzəm olaraq dərs çalışan YÖS namizədləri MYÖS imtahan sisteminə keçirilən zaman da eyni şəkildə uğur qazanacaqlar. MYOS nedir?
Əlaqə : 050 446 40 30
Bir Cevap Yazın